Hokkey üzrə dünya çempionatının qalibi bilindi

OXUNUB: 891 İDMAN

Kişi hokkeyçilərin Danimarkada keçirilən dünya çempionatına yekun vurulub. 

İcmal.Az xəbər verir ki, final görüşündə İsveç və İsveçrə milliləri qarşılaşıblar.

Hərəyə iki dəfə fərqlənən komandalar əsas və əlavə vaxtda qalibi müəyyənləşdirə bilməyiblər.

Sonda bullitlərdə daha dəqiq olan İsveç millisi hokkey üzrə dünya çempionatının qalibi adını qazanıb – 3:2. 

Bürünc medallar isə Kanadanı 4:1 hesabı ilə məğlub edən ABŞ hokkeyçilərinə qismət olub.

Qeyd edək ki, 2017-ci ildə keçirilən dünya çempionatında da İsveç yığması qalib olmuşdu.

Ümumilikdə Skandinaviya təmsilçisi 11-ci dəfə dünyanın ən güclü komandası adına sahib çıxıb. İsveçlilər bu göstəricidə hamıdan qabaqdadır.

İcmal.Az

RƏYLƏR