Holland futbolçu 40 metrdən avtoqol vurdu – VİDEO

OXUNUB: 1228 İDMAN

"Sparta”nın rotterdamlı yarımmüdafiəçisi Steyn Spirinqs Hollandiya çempionatı çərçivəsində "Dordrext” klubuna qarşı keçirilən oyunda 40 metrdən öz qapısına qol vurub. 

İcmal.Az xəbər verir ki, video "AMAZING GLOBE” tərəfindən "YouTube”a yerləşdirilib. 

Hadisə oyunun 89-cu dəqiqəsində "Sparta” 1:0 hesabı ilə öndə olduğu zaman baş verib. Spirinqs rəqibin hücumunun qarşısını almaq üçün var gücü ilə topu qapıçısına ötürüb. Bu zaman top qapıçının başı üzərində keçərək tora daxil olub. 

Buna baxmayraq, "Sparta” klubu qələbə qazana bilib. Vurulan avtoqoldan iki dəqiqə sonra Robert Myuren komandasını hesabda yenidən önə keçirib. 

İcmal.Az

RƏYLƏR