Hoteldə dəhşətli şəkildə bıçaqlanan müğənnimiz ilə bağlı ŞOK GERÇƏK ÜZƏ ÇIXDI - VİDEO

OXUNUB: 73 GÜNDƏM HADİSƏ

Ölkə mediasında 23 bıçaq zərbəsilə oteldə qətlə yetirildiyi bildirilən müğənni Aygün Mirzəyeva bu gün "Space TV”nin "TərəfSiz” tok-şousunda qonaq olub.

Müğənni efirdə başına gələn hadisənin real təfərrüatlarını və törədilən cinayət hadisəsinin səbəbləri barədə danışıb.

Xatırladaq ki, iyulun 16-dan etibarən sosial şəbəkələrdə Nizami rayonunda yerləşən otellərin birində müğənni A.Mirzəyevanın qətli ilə bağlı videogörüntülü xəbərlər yayılıb. Otel otağındakı kamera vasitəsilə lentə alındığı iddia olunan kadrlarda cinsi əlaqədə olan şəxslərin başqasına tutulması və həmin adamın onlara bıçaqla hücum edərək qadını öldürməsi əks olunmuşdu.

Cinayət hadisəsi barədə Nizami Rayon Prokurorluğu tərəfindən məlumat yayılaraq faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlandığı, şübhəli şəxs qismində Əli Məmmədovun tutularaq istintaqa cəlb edildiyi bildirilmişdi.

Lakin, media nümayəndələri istintaqı davam edən cinayət hadisəninin qurbanı A.Mirzəyevanın səhhəti və hadisənin real motivlərini araşdırmadan həqiqəti əks etdirməyən görüntülərin üzərindən dezinformasiya xəbər başlıqlarını tirajlamağa davam etmişdi.

Qeyd edək ki, 24 illik yayım tarixi olan "Space TV”də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib.  Məşhur aparıcıların fərqli təqdimatı ilə yeni proqramlara imza atan "SpaceTV”də daha bir sosial layihə efirə başlayıb.

Cəmiyyəti narahat edən sosial problemlərin və aktual hadisələrin müzakirə olunduğu "TərəfSiiz” tok-şousu həftə içi hər gün saat 16:00-dan 19:00-dək tanınmış aparıcı Ramal Hüseynovun təqdimatında yayımlanır.

"TərəfSiz” tok-şousunun 27 oktyabr 2021-ci il tarixli – ölkədə məişət zorakılığı zəmnində törədilən qadın qətillərinin analiz olunduğu efir günündə də müğənninin başına gətirilən hadisələrin təhlilinin davam etdirilməsi nəzərdə tutulur.  

RƏYLƏR