Hörümçəkdən qorxub avtomobili göldə batırdı - FOTO

OXUNUB: 756 MARAQLI DÜNYA

Avstraliyanın Yeni Cənubi Uels ştatında qeyri-adi hadisə baş verib.

Hörümçəkdən qorxan sürücü avtomobili gölə sürüb.

Adı qeyd olunmayan şəxs tikinti materialları almaq üçün yollandığı mağazadan geri qayıdarkən əlində hörümçək görüb qorxur. Avstraliyalı avtomobili yolun kənarına çəkib, düşmək istəyir. Amma səhvən ayağını qazın üzərinə qoyur və nəticədə avtomobil gölə düşür.

Avtomobilin açıq pəncərəsindən çıxan sürücü xoşbəxtlikdən sağ qalır./publika

İcmal.Az

RƏYLƏR