"Huawei" "Google"suz telefonlarını təqdim etdi

OXUNUB: 591 DÜNYA
Çinin texnologiya nəhəngi "Huawei" "Mate 30" və "Mate 30 Pro" telefonlarını təqdim edib.

İcmal.Az Reuters-ə istinadən xəbər verir ki, hər iki model "Leica" şirkətinin istehsal etdiyi kamera ilə təchiz olunub. "Mate 30 Pro" 4 kameraya sahibdir.

Modellərin 5G şəbəkəsini dəstəkləyən versiyaları da mövcud olacaq. "Mate" 30 799 avro, "Mate 30 Pro" isə 1099 avrodan satışa çıxarılacaq. 

Məlumata görə, hər iki telefon "Android" əməliyyat sisteminə sahibdir, lakin "Google" tətbiqetmələrini dəstəkləməyəcək. "Google" məhdudiyyətinə baxmayaraq, istifadəçilər bəzi "Google" proqramlarını yükləyə biləcəklər.

Qeyd edək ki, "Google" 19 mayda "Huawei"lə əlaqələrinə son qoyub. "Huawei"in istehsal etdiyi texniki cihazlar "Google Play", "Chrome", "Gmail", "YouTube", xəritə və digər tətbiqetmələri dəstəkləmir.

İcmal.Az

RƏYLƏR