"Huawei"in rəhbər şəxsi həbs edildi

OXUNUB: 1151 DÜNYA
Çinin texnologiya nəhəngi "Huawei"in maliyyə məsələləri üzrə rəhbər şəxsi və sədr müavini, həmçinin şirkətin qurucusu Ren Zhengfeinin qızı Meng Wanzhou həbs edilib.

İcmal.Az BBC-yə istinadən xəbər verir ki, Meng 1 dekabrda Kanadanın Vankuver şəhərində həbs edilərək ABŞ-a ekstradisiya edilib. ABŞ həbsin detalları barədə məlumat vermir və şirkətin İrana qarşı tətbiq edilən sanksiyaları pozub-pozmadığını araşdırır.
 
Çinin Kanadadakı səfiri həbsi pisləyərək Meng Wanzhounun azad edilməsini tələb edib. 

İcmal.Az

RƏYLƏR