Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə kanal cərimələndi

OXUNUB: 748 ŞOU-BİZNES

Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb.
 
 Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib. Cəmiyyət tərəfindən də hiddətlə qarşılanan Hülyanın sözləri "əxlaqdan kənar vəziyyətin məcburiyyət olaraq diktə edilməsi", "cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd sözlər" kimi qəbul edilərək cərimə müəyyən edilib. Məbləğ açıqlanmasa da, cərimənin ən yüksək miqdarda olması qeyd olunub./axşam

İcmal.Az

RƏYLƏR