Hövsanda adam öldürməyə cəhd edən qardaşlara ağır cəza

OXUNUB: 527 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakinləri Kamran və İmran Yusifzadənin Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

İcmal.Az-ın məlumatına görə, ötən il noyabrın 29-da Hövsan qəsəbəsində, "Hövsan” marketin qarşısında qəsəbə sakini, 1990-cı il təvəllüdlü Rəhman Səlimov Yusifzadə qardaşları ilə mübahisə edib. 

Nəticədə Kamran və İmran Rəhmanı bıçaqlayaraq, hadisə yerindən qaçıblar. Zərərçəkmiş 3 saylı kliniki xəstəxanaya çatdırılıb və həyatı xilas olunub, həmin gün şübhəli şəxsləri Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları saxlayıblar. 

Məhkəmənin hökmü ilə Kamran Yusifzadə 13, İmran Yusifzadə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

İcmal.Az

RƏYLƏR