“Hyundai” 15 yaşlı qızı vuraraq öldürüb - Foto

OXUNUB: 1103 HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Qanlı Göl yaşayış massivinin ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək, sürət həddi 110 km/saat olan yolu keçmək istəyərkən onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.

Qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Araşdırma aparılır.  

 



İcmal.Az

RƏYLƏR