İbrahim Erkal ölməyib?

OXUNUB: 1192 ŞOU-BİZNES

Müğənni İbrahim Erkalın ölüm xəbəri Türkiyə gündəmini zəbt edib. 

"Qafqazinfo” xəbər verir ki, ailəsi sənətçinin rəsmi  "facebook” səhifəsində onun öldüyünü paylaşıb: 

"Dəyərli sənətçimiz İbrahim Erkal səylərimizə baxmayaraq dünyasını dəyişib. Dualarımız bir, diləyimiz tək olsun. Başımız sağ, məkanı cənnət olsun”.

Lakin ailənin paylaşımını müğənninin olduğu xəstəxana təkzib edib.

Onun həkimi Necdar Sağlam Erkalın  beyninin öldüyünü açıqlayıb. Bildirib ki, sənətçi aparata qoşulub və ürəyi, digər orqanları fəaliyyətdədir. 

 İcmal.Az

 


RƏYLƏR