İbrahimbəyov filmi 2015-ci ildə çəkib – Sahib Məmmədov filmin indi gündəmə gəlmə səbəblərini açıqlayıb

OXUNUB: 578 SOSİAL

"İbrahimbəyov filmi 2015-ci ildə çəkib, buraxmışdı dövriyyəyə. O vaxt da qınaq yazıları olmuşdu. Bəs bu məsələ niyə yenidən müzakirəyə çıxdı?”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov son günlər Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü” filmi ilə bağlı yaranan ajiotajla bağlı deyib: 

"Bu, əlbəttə İbrahimbəyovun dövlətə qarşı yönələn yeni fəaliyyətləri ilə bağlıdır. Son günlərdə 5-ci kalonun aktivləşməsi ciddi müşahidə qabiliyyəti və prosesləri diqqətlə izləyənlərə məlumdur. Hətta, niyə fəallaşıblar o da bəllidir. Bu günlərdə bu şəbəkənin erməni qanadının rəhbəri kitabının təqdimatını keçirdi, şimal-erməni propoqandasına xidmət edən KİV-lər də ardıcıl yazılar verilməkdədir. Sosial şəbəkələr də öz yerində. 

İbrahimbəyovun filmindən ləzzət alanlar kimlərdir? Sadvalın tör-töküntüləri, Əlikramın tör-töküntüləri, erməni şəbəkəsinə bağlı olanlar, bir də sadəcə məlumatsız olub küyə düşən, amma heç bir kənar qüvvələrə bağlı olmayan bisavad, amma müxalif yönümlü şəxslər. Rüstəm İbrahimbəyovu alqışlayanların çoxu heç o filmə baxmayıb. Amma bilirlər ki, orda Azərbaycan xalqı aşağılanır, ermənilərin belə bir xalqla birgə yaşayışının mümkün olmaması aşılanır. Ona görə sevinirlər”./cebhe

İcmal.Az

RƏYLƏR