İcazəsiz aldıqları çörəklərin pulunu qoyub mesaj yazdılar – FOTO

OXUNUB: 69 DÜNYA
Türkiyədə, Bilecikin Söğüt şəhərində mağazanın açıq qalan dolabından gecənin bir yarısı müxtəlif vaxtlarda icazəsiz çörək alan tələbələr məkan sahibini duyğulandırıb.

İcmal.Az a24.az-a istinadən xəbər verir ki, tələbələr icazəsiz götürdükləri çörəklərin pulunu daha sonra gətirib qoyub və bir vərəqə yazdıqları üzrxahlıqla iş yerinin sahibindən halallıq istəyiblər.

Səhər tezdən mağazaya gələn Osman Çiftçi çörək dolabında 5 lirə və içində "Dayı, biz burda tələbəyik. Pulumuzun olmadığı günlərdə burdan icazəsiz çörək aldıq. Haqqını halal et. Dolabı açıq qoyduğun üçün Allah razı olsun. 5 dəfə çörək götürmüşük. Pulumuzu bura qoyuruq” şəklində yazı da tapıb.

Təqaüdə çıxandan sonra 15 ildir mağazasında satıcılıq edən Çiftçi tələbələrin çəkinmədən dolabdan çörək ala bilmələri üçün yazılan mesajın altına "Problem deyil, davam edin” cümləsini yazıb.

İcazəsiz aldıqları çörəklərin pulunu qoyub mesaj yazdılar – FOTO
İcazəsiz aldıqları çörəklərin pulunu qoyub mesaj yazdılar – FOTO
İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}