"İçdik, sonra evə getdik" - Sosial şəbəkədə tanış olduğu dostunu soydu - VİDEO

OXUNUB: 273 HADİSƏ

Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, bildirib ki, sosial şəbəkədə tanış olduğu Cahangir adlı şəxsin aprelin 25-də evinə gələrək onu döyüb.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, onun ciblərindən 160 manat pul, mobil telefon, sənədlər olan gödəkçəsini aparıb.

Daxil olan şikayət əsasında Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək saxlanılıb.

Cahangir Şükürlü - saxlanılan şəxs: "Zəng gəldi ki, görüşək. Gedib oturub içdik, sonra evə getdik. Mənə dedi ki, 2 gün sonra görüşərik. Sonra yenə görüşdük, içdik. Mənə dedi ki, məni evə yola sal. Evə yola salanda, binalarının yanında bağ kimi yer var, mən vurdum, kurtkası cırıldı, qaçdı getdi. Mən də qaçdım".

Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR