İçkili adam avtobusun şüşələrini qırdı - Bakıda + Video

OXUNUB: 897 GÜNDƏM HADİSƏ

Dünən  saat 14.30 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut xəttində olan 10 TH 315 nömrəli avtobusa minərək sürücünü təhqir etməyə başlayıb.

7NEWS.az-ın əldə etdiyi videoda da bu aydın şəkildə görünür. Həmin şəxsin bu hərəkəti sərnişinlərin etirazına səbəb olub. Sürücünün təkidindən sonra avtobusdan düşən şəxs avtobusu yumuruqlayıb, şüşələri sındırıb. 

Hadisə ilə bağlı 29-cu Polis Bölməsində araşdırma başlayıb.

 


RƏYLƏR