İCMAL.az “İLİN MOBİL OPERATORU - 2017” sorğusuna başladı – ASGA-nın dəstəyi ilə

OXUNUB: 2779 Texnologiya GÜNDƏM Seçilmiş Önəmli

Azərbaycan öz iqtisadi və hərbi potensialına görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib.

Ölkəmizdə İKT-nin inkişafı uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İKT-nin inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə bu sahənin inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, MOBİL OPERATORLAR arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə İCMAL.az Analitik Təhlil Saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzinin təşkilati dəstəyi ilə"İLİN MOBİL OPERATORU - 2017”sorğusun start verir

Bu barədə Saytımıza məlumat verən İCMAL.az Analitik Təhlil Saytınınrəhbəri, internet-media ekspert Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi: "Bu tip sorğular demək olar ki, bütün dünyada keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL.az olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz IKT sahəsində gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan,bu sahəyə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsiwww.AzSlav.org saytında həyata keçirilir. Səsvermə 1 ay ərzində davam edəcək və nəticələr açıqlanacaq. 1-ci yerdə qərarlaşan mobil operator "İLİN MOBİL OPERATORU - 2017”mükafatını və medalını əldə edəcəkdir.

İCMAL.az

RƏYLƏR