“İcra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyur” - Deputat

OXUNUB: 815 SOSİAL
"Son zamanlar neçə icra başçısı əməllərinə görə həbs olundu, cəzalandırıldı. Camaat elə bilir ki, bütün icra başçıları bu cürdür".

7News.Az xəbər verir ki, bu sözləri Milli Məclisin depuatatı Eldar Quliyev deyib.

"İcra başçılarının içərisində yaxşı, işini bilən, qeyrətli, namuslu, ləyaqətlə dövlətinə, Prezidentinə xidmət edənlər də var. Amma bu gün icra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyursa, onun hansı vicdanından, hansı kişiliyindən danışmaq olar? Ölkə başçısının son zamanlar apardığı islahatlardan danışmaq istəyirəm. Xüsusilə, kadr islahatları çox önəmlidir. Pandemiya dövründə görüşlər onlayn keçirildi.

Ölkə başçısı təyin edilən şəxslərlə görüşür, məsləhətlərini, tapşırıqlarını verir, tələbini qarşısına qoyur ki, bu cür işləməlisən. Bəzi icra başçıları o qədər harınlamışdılar ki, evlərindən kisələrlə pullar çıxırdı. Camaatın çətin günündə sənin evində bu qədər pul haradandır? Bugünkü  kadr islahatları düzgün aparılır. İcra başçılarının dəyişiklikləri, Baş Prokurorluqda islahatlar oldu və ölkə başçısı hər birini qəbul etdi, tapşırıqlarını verdi. Mən həm seçicilərim adından, həm də öz adımdan bu islahatları dəstəkləyirəm və yaxın zamanda effektini verəcəyini düşünürəm. Hər bir məmur bu məsələlərdən nəticə çıxarmalıdır. Qarşımızda olan əsas məsələlərdən biri qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Kənd təsərrüfatının inkişafı üçün məhsuldarlığın yüksəldilməsi, ərazilərin su ilə təminatı, yaxşı cins mal-qara, hətta toyuqların gətirilməsi, onlar üçün yem bazası yaradılması, otlaqların buna cəlb edilməsi və torpaqlardan istifadə əsas məqsədimizdir. Bu gün Azərbaycanda yararlı boş torpaq qalmamalıdır".  /Konkret.az

7News.Az

RƏYLƏR