İcra başçısı müavininin kabinetində döyülən iş adamı Mustafa Muxtarov dünyasını dəyişib

OXUNUB: 790 GÜNDƏM Özəl HADİSƏ

Ötən gün Qax rayonunda böyük nüfuz sahibi olan iş adamı Mustafa Muxtarov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bir ildir ki, xərçəng xəstəliyindən müalicə olunan Mustafa Muxtarov hələ ötən ilin May ayında ölkə mətbuatının gündəminə gəlmişdi. Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev tərəfindən döyülən iş adamı sonradan əsəb və stres keçirərək, xəstəliyə düçar olmuşdu. Allah rəhmət eləsin!

PS. Xatırladaq ki, 2018-ci ilin May ayının 2-də Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb.

Məlumata görə, icra başçısının müavini rayonda "Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Qarabağ döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş, rayonda əhali arasında hörmət sahibi olan 55 yaşlı M.Muxtarov mətbuata açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. "Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, "bu zibili götürün rədd edin burdan””.

http://qax.org.az/wp-content/uploads/2019/07/Elbrus-768x570.jpg 768w, http://qax.org.az/wp-content/uploads/2019/07/Elbrus.jpg 901w" sizes="(max-width: 800px) 100vw, 800px" style="box-sizing: border-box; max-width: 98%; height: auto; vertical-align: top; margin: 9.20313px auto 0px; border-width: 0px; border-style: initial; display: block;" />
Qax rayonu İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. "Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

İcmal.Az

RƏYLƏR