İcra başçısının müavininin işdən qovulmasının əsl səbəbi bilindi

OXUNUB: 857 HADİSƏ
Ötən ay Tovuz rayon icra başçısının müavini Mahir Həsənovun işdən çıxarılması ilə bağlı xəbər vermişdik .

Xəbərə görə, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulmuşdu.

Lakin Tovuz rayon icra hakimiyyətindən məsələnin mahiyyətinin başqa olduğu ilə bağlı açıqlama verilmişdi. Açıqlamaya görə, Mahir Həsənov rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşıb və buna görə də, işdən azad edilib.

Lakin məsələnin əsl səbəbi bu deyil. İcra hakimiyyətində olan etibarlı mənbədən skrom.net-ə verilən məlumata görə, Mahir Həsənov rayon sakinlərindən külli miqdarda pul yığıb. Pulun yığılmasına səbəb isə, Səyyar ASAN Xidmətlə bağlı olub.

Belə ki, M.Həsənov pul aldığı insanlara bildirib ki, Səyyar Asan Xidmət Tovuza gələcək və pul verməyənlər bu xidmətdən yararlana bilməyəcəklər.

Əhalini aldadan M.Həsənov yığdığı pulları mənimsəyib. Daha sonra bu barədə Prezident Aparatına məlumat göndərilib. Aparatdan isə, Mahir Həsənovun tutduğu vəzifədən dərhal azad olunması əmri verilib.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısı Tofiq Zeynalov M.Həsənovun bu əməlindən xəbərdar imiş. Lakin buna baxmayaraq o, müavininin işdən çıxarılma qərarını aparatdan gələn əmrdən sonra verib. //ulus.az
 
İcmal.Az

RƏYLƏR