Salyan icra Hakimiyyəti 1.2 milyonluq müqavilə bağladı – Küçə təmiri...

OXUNUB: 616 index-manşet GÜNDƏM İQTİSADİYYAT

Salyan Rayon İcra Hakimiyyəti "Sevinc-96” MMC ilə maliyyə dəyəri 1 milyon 21 min 928 manat (1 milyon 21 min 928.66) AZN olan müqavilə bağlayıb. 

Yenisabah.az xəbər verir ki, müqaviləyə əsasən MMC bu məbləğə Salyanda küçə və səkilərini təmir etməlidir. 

Vergilər Nazirliyinin reyest məlumatlarına əsasən "Sevinc-96” MMC 31 iyul 1996-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Asim Zülfəli oğlu Muradovdur.

Asim Muradov barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə isə o Neftçala Rayon Telekkomunakisya qovşağının rəisi Zülfəli Muradovun oğludur. Zülfəli Muradovun adına "Rabitə işi”ndə rast gəlinir. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işində şahid qismində dindirlib.

Zülfəli Muradov məhkəmə istintaqı zamanı verdiyi ifadədə təqsirləndirilən şəxslərin bir çoxunu tanıdığını, Neftçala Rayon Telekommunikasiya Qovşağının rəisi olduğunu deyib. O, bildirib ki, tapşırıq əsasında müəyyən işlər görülüb: "İşləri bir çox başqa təşkilatlar görürdü. Tenderlər "katirovka” olurdu. Qalib gələnləri rayonda kabel çəkilişləri aparırdılar. Onların necə seçildiyindən xəbərsizəm. Tapşırıq olurdu. İşlər görülüb tam başa çatıb. Pullar gəlirdi, biz hesablara köçürürdük".

Vəkillər şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu deyiblər.

Şahid isə istintaqda verdiyi ifadəni təsdiqləyib. Vəkillər bu zaman onun istintaqa verdiyi ifadənin məhkəmədə elan olunmasını tələb ediblər.

Zülfəli Muradov istintaq ifadəsində bildirib ki, işlədiyi dövrdə Neftçala qovşağına 3 milyon manat pul ayırılıb: "Həmin vəsatət tapşırıq əsasında Namazalı Məmmədovun sahibi olan təşkilatların hesabına köçürülürdü. Bu, "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmov tərəfindən şifahi tapşırıq əsasında olurdu. Baş idarədən Oqtay Rüstəmovun hazırladığı "katirovka” sorğuları hazır qovşağa gəlirdi və biz imzalıyırdıq. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla münasibətim normal idi”.

Daha sonra 2014-cü ildə qovşağa daxil olan 84 min manat pul köçürüldü. Həmin pul da Oqtay Rüstəmovun tapşırığı ilə "Tigro" MMC-in hesabına köçürülüb".

O, ifadəsində tenderlərin və katirovkaların formal rol oynadığını deyib.

Bu zaman təqsirləndirilən Namazalı Məmmədov şahidin ifadəsinin yalan olduğunu deyib: "Siz özünüz tender komissiyasının rəhbəri olmusunuz. Nə formal olub, onu anlamırıq? Qəzetdə elan olub, qalib gəlib işləri tam olaraq başa çatdırmışıq. Siz kimin təsiri altında olub bu cür ifadə verirsiniz?".

"Aztelekom" baş mühasibi Oqtay Rüstəmov da şahidin ifadəsinin yalan olduğunu deyib: "Mən kiməm ki, kiməsə tapşırıq verim. Deməzlər ki, sən kimsən?!”

Zülfəli Muradov isə bildirib ki, tender komisiyyasının rəhbəri olsa da, onun hansısa şirkəti seçmək kimi bir səlahiyyəti olmayıb: "Şirkətlər hamısı rəhbərlik tərəfindən seçilirdi".

Görünür, Zülfəli Muradov tender kommisiyasının rəhbəri kimi qalib olmağın yollarını da bilir.

 

İcmal.Az

RƏYLƏR