İdarə Prezidentə yanlış məlumat verib? Bu da təkcə Sumqayıtda Səfərbərlik İdarəsinin qarşısı (VİDEO)

OXUNUB: 1187 SOSİAL

Ötən gün Ali Baş komandan, Prezident İlham Əliyev nazirlərlə onlayn toplantıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərinin ona verdiyi bir məlumatı səsləndirib.

İdarədən Prezidentə verilən məlumata görə, vuruşmaq istəyi ilə bağlı, cəmi 150 nəfər idarəyə müraciət edib.

Hit.Az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Prezident İlham Əliyevə doğru rəqəmləri vermədiyi bildirilir.

Buna sübut kimi təkcə ötən gün Sumqayıt Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin qarşısına toplaşanların videosu təqdim olunur. Təkcə burada yüzlərlə insanın toplaşdığı görülür.

Həmin kadrları təqdim edirik:

RƏYLƏR