“İdeal atçılıq” klubunun üzvləri arasında yarış təşkil olunu

OXUNUB: 969 QHT

 

"Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə  Samux rayonunda "Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində at yarışları təşkil edir.

 

Növbəti yarış Samux rayonun mərkəzi meydanında Samux şəhəri, Karayeri qəsəbəsi, Əhmədbəyli və Sərkar kəndlərinin fəal gənclərindən ibarət yaradılmış "İdeal atçılıq” klubunun üzvləri arasında yarış təşkil olunub. Yarışda Sərkar kənd icra nümayəndəsi Təhmasib Əliyev, Sərkar kənd tam orta məktəbin direktoru Afaq Möləyeva,  Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev, Heydər Əliyev Mərkəzin direktoru Aygün Həsənzadə, layihənin təlimçisi Afərim Namazova iştirak ediblər. Yarışları tibb məntəqələrinin ambulator maşını izləyib.

 

Yeniyetmələr yarışda böyük maraqla iştirak ediblər. Onlar yarışda düz və maneəli qaçışları nümayiş etdiriblər.

 

Yarışda gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Tədbirin sonunda isə yarış zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub. 

 

İcmal.Az

RƏYLƏR