İdmançılarımızdan beynəlxalq yarışda möhtəşəm performans: İKİ QIZIL MEDAL

OXUNUB: 406 Özəl İDMAN

7NEWS.az xəbər verir ki, 5-6 may tarixlərində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Strongmen Federasiyasının Dəstəyi ilə Gürcüstanda Keçirilən Beynəlxalq Gran-pri Turnirinə Yollanan üç Strongmen idmançılarımızdan ikisi yarışın qalibi olaraq qızıl medal qazanıblar. Bir idmançımız isə 5-ci yerdə qərarlaşıb.
Şəxsi çəkisi 80 kg olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, 
Dünya-Avropa çempionu, Respublika və Beynəlxalq Dərəcəli idman ustasi olan Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edib və qızıl medal qazanıb.
Şəxsi çəkisi 105 kg olan idmaçılar arasında isə Humbətov Aydın Qizil medala sahib olaraq Çempion adını qazanıb.
Digər təmsilçimiz Nicat Hüseynov isə şəxsi çəkisi 105 kg-ya qədər olan 14 rəqib idmançı arasında 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki yarışda Azərbaycan, Gürcüstan, Almaniya,
Estoniya, Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı iştirak edib.
Strongmen Federasiyasnin Prezdenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha mötəbər yarışlar gözləyir. 
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.


RƏYLƏR