II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir

OXUNUB: 284 GÜNDƏM SOSİAL
7NEWS.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib. Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda: 

6-9 yaş qrupunda  

Əsgərov Məhəmməd 1-ci yer

Şirinov Amin 2-ci yer 
Əlizadə Amin isə 3-cü yer. 

9-13 yaş qrupunda 
Məmmədli Polad 1 yer
Şirinov Murad 2 yer
Şirinov Elmir 3 yer

13 yaş üzəri
Bayramov Rza 1 yer
Rəhimov Hüseynəli 2 yer
Bədəlov Nihat 3 yer

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək. 

Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir. 

Autizmin fərqindəyik, onların yanındayıq
 
No description available.

RƏYLƏR