İki azyaşlı qzını öldürən ananın ifadəsi dəhşətə gətirdi

OXUNUB: 869 DÜNYA

Türkiyədə iki gün əvvəl dəhşətli qətl hadisəsi törədilib.

İcmal.Az Haberler-ə istinadla xəbər verir ki, Ankara şəhərində ana iki övladını öldürüb, polisə təslim olub. Lütfiye Anver adlı qadın 8 və 5 yaşlı qızlarını öldürdükdən sonra cəsədlərinin yanında polisləri gözləyib. Qadın uşaqlardan birini bıçaqla, digərini isə boğaraq öldürüb.

Qadının psixoloji problemləri olub.

 

Onun ifadəsi polisləri dəhşətə gətirib. Qadın əri ilə 10 il əvvəl görücü üsulu ilə ailə qurduğunu söyləyib.

"10 əvvəl bir-birimizi tanımadan ailə qurduq. Aramızda sevgi yox idi, yaranmadı. Mənə əziyyət verirdilər. Bir anlıq onun və ailəsinin mənə verdiyi əziyyətlər ağlıma gəldi, qızlarımı öldürdüm".

İcmal.Az

RƏYLƏR