İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı

OXUNUB: 528 SOSİAL

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Hidayət Ələkbərli bu il ali məktəbə qəbul imtahanında iki dəfə iştirak edib.

O birinci imtahanda yalnız bir sualda - Azərbaycan dilindən 1 səhv edərək 695 bal toplayıb. Lakin bu nəticədən razı qalmadığı üçün ikinci imtahanda da iştirak etmək, maksimum balı toplamağı qarşısına məqsəd qoyub.

İkinci imtahanda da Hidayət Ələkbərli şanssızlıqla qarşılaşıb. Belə ki o bu dəfə ingilis dilindən 124-cü sualda səhv edib. Əslində, Hidayət öncə sualın cavabını kitabçaya düz yazıb. Sonradan cavabı cavab kartına köçürəndə səhv edib və yenidən 695 bal yığıb.../qafqazinfo

 

İcmal.Az

RƏYLƏR