İki gündür komada olan jurnalistin həyat yoldaşı səhiyyə nazirinə müraciət etdi: "SEMAŞKO"da vəziyyət biabırçıdır

OXUNUB: 138 HADİSƏ

Fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə jurnalist Natiq Qocaman təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəsətəxnasına yerləşdirilib.



Ordakı şərait normal olmadığı üçün xəstə bir neçə saat sonra Mərkəzi Klinik Xəstənasına götürülüb. 72 saatdır komada olan Natiq Qocamanın durumu hazırda çox ağırdır. N.Qocamanın həyat yoldaşı Könül Aypara vəziyyətinin bu qədər ağırlaşmasında Semaşko xəstəxanasındakı vəziyyətin bərbad olması ilə əlaqələndirir. Xanım jurnalist media vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, 1 saylı Kliniki Tibbi Mərkəzdəki vəziyyəti nəzarətə götürməyi xahiş edib: "Xəstəxanada iynəni yaş salfetlə vururdular. Etiraz edəndə isə deyirdilər ki, get hara istəyirsən şikayət elə. Mən də nazirə şikayət edirəm və ümid edirəm ki, Oqtay Şirəliyev məsələ ilə bağlı müvafiq tədbir görəcək".
Mediapress İnformasiya Agentliyinin baş redaktoru, Tərəqqi medalının sahibi olan Natiq Qocaman uzun müddət"Oxu məni" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Tanınmış jurnalist 2 gündür komadadır

Tanınmış jurnalist 2 gündür komadadır

Tanınmış jurnalist 2 gündür komadadır

Tanınmış jurnalist 2 gündür komadadır

RƏYLƏR