İki həftədə iki mühüm sədrlik... Telejurnalist Anar Rəhimov

OXUNUB: 1309 Özəl AZƏRBAYCAN SİYASƏT
Bəli, söhbət ölkəmizin və prezident İlham Əliyevin həm Türkdilli dövlətlərin əməkdaşlılq şurasına, həm də Qoşulmama hərəkatına sədrliyinidən gedir. Ölkə başçımız bütün bu beynəlxalq uğurlara, dövlət daxilində apardığı islahatlara, gördüyü işlərə paralel nail olur. Bu isə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına dəlalət edir. Ölkəmizin dünya tribunalarının hər sahəsində nüfuzunun artan çəkisi, sabit, sürətli inkişaf edən, islahatcıl dövlət imicinin möhkəmlənməsi xalqı sevindirir və insanları gələcəyə nikbin, yeni arzularla baxmağa vadar edir. Bu da yeni tələblərin, yeni uğurların açarıdır. Bəzi dövlətlər ölkəmizin uğurlarına sevinir və regionda müəyyən müştərək layihələr reallaşdırmaq üçün Bakı ilə əməkdaşlığa can atır. Bəzi dövlətciklər isə, daha doğrusu işğalçı Ermənistan hələ çox aşağıdan yuxarı baxacaq. Çünki Türkdilli dövlətlərin əməkdaşlıq şurasına sədrlik edən Azərbaycan şuraya üzv dövlətlərlə əməkdaşlığı daha da artıracaq ki, bu da heç regiondan kənara çıxmamaqla ölkəmizin idxal-ixrac potensialı, gəlir mənbələrinin, siyasi dəstəyinin təminatıdır. Ermənistan isə, blokadada qalıb, şimaldan qar, cənubdan günəş şüası dilənir. Onların paxıllıqla aşıb-daşan sinəsinə dağ çəkən çox layihələrimiz olub, bu siyahıya neft-qaz layihələrini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini də aid etmək olar. Təsəvvür edin, burnunun ucundan bir neçə ölkəni birləşdirən dəmiryolu keçə, sənə də ancaq seyr etmək qala. Bəlkə işğalçı gövdəsinə çəkilən ən ağrılı dağ Azərbaycanın Qoşulmama hərəkatına sədrlik etməsi oldu. BMT-dən sonra ikinci ən böyük təşkilata sədrlik. Axı bu ən böyük həqiqətlərin, ən böyük müstəvidə müzakirəyə çıxarılması və tanıdılmasıdır. Ermənilər necə narahat olmasın? Valdayda olmayasan, Aşqabadda danlanasan, bəzi beynəlxalq təşkilatlarda isə üzv yox, alayarımçıq müşahidəçi olasan. Onlara işğal etdikləri torpaqları, Qarabağımızı geri qaytarmaq, yurd-yuvamızı boşaltmaq yönündə təzyiqlər çoxalacaq. Azərbaycanın bu günkü uğurlarının sabahkı nəticəsi kimi ürəyimizin, xəritəmizin kəsilən hissəsinin bərpa olunmasını görmək olar. Azərbaycanın haqq səsi dünyanı bürüyəcək, Xocalı soyqırımına aid abidələrin ucaldıldığı şəhərlərin siyahısına başqaları da əlavə olunacaq. Bununla da hazırda Qarabağımızı işğal edib, tapdayan ermənilərin olmayan nüfuzu tapdanacaq,  onların əsl xisləti zamanla bütün yer kürəsinə bütün aşkarlığı ilə bəlli olacaq. Məzlum üzlükləri düşən qatillər ayaqlara düşəcək, hansısa beynəlxalq təşkilatlardan üzvlük istəyəcək, həmin tribunalarda sədrliklər isə çox güman ki, Azərbaycanda olacaq. Axı bizim inkişaf, tərəqqimiz, onların tənəzzülüdür. Bu da bir növ qisasdır.

RƏYLƏR