İki istiqamət üzrə skaner aparatları quraşdırılacaq

OXUNUB: 1074 İQTİSADİYYAT

Yaxın zamanda iki istiqamət üzrə dəmir yolu skanerləri istifadəyə veriləcək.

Bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və İnkişaf proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general- mayoru İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirədə deyib.

İdarə rəisi bildirib ki, Rusiya istiqamətində dəmir yolunda skanerlər quraşdırılıb: "Hazırda onlar istifadədir. Tezliklə Gürcüstan və İran istiqamətində olan dəmir yolunda skanerlər istifadəyə veriləcək".

İqbal Babayev qeyd edib ki, dəmir yolu skanerləri zamanı qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək.

İcmal.Az

RƏYLƏR