İki qadına fərqli günlərdə eyni yerdə təcavüz etdi - Polis "manyak"ı bağışladı

OXUNUB: 942 DÜNYA
Türkiyənin Konya şəhərində 47 yaşlı M.Ş. yolda gedən iki qadına fərqli günlərdə arxadan sarılıb təcavüz etdiyi iddiasıyla nəzarətə alınıb.

Hadisə, 6 may - şənbə günü səhər saatlarında Məram Mahalı Mehmet Vehbi məhəlləsi Dr. Əhməd Özcan prospektində baş verib. M.Ş. iddiaya görə yolda gedən A.B. adlı qadının arxasından sarılıb. A.B. də qışqırıb, kömək istəyib. Qadının fəryadını eşidib qaçan ətrafdakılar M.Ş.-ni tutublar. Hirsli kütlə tərəfindən döyülən və bıçaqla qolundan yaralanan M.Ş. çağırılan polislərə təslim edilib. Nəzarətə alınan M.Ş. ittihamları qəbul etməsə də, polis apardığı araşdırmada M.Ş.-nin hadisədən üç gün əvvəl yenə eyni ərazidə R.T. adlı bir qadını zorlamaq istədiyini təyin edib.

Evli olduğu öyrənilən M.Ş. polisə ifadəsindən sonra sərbəst buraxılıb./milli.az
 
İcmal.Az

RƏYLƏR