İki qardaşın öldüyü yanğının görüntüləri yayıldı – VİDEO + YENİLƏNİB

OXUNUB: 1046 HADİSƏ

Bakının Binqədi rayonunda yaşayış binasında baş verən yanğının videogörüntüsü yayılıb.

İcmal.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Yanğın zamanı mənzildə olan iki qardaş, Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

-------

Bakıda yaşayış binasında güclü yanğın olub.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasında baş verib.

Yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib ki, yanğının söndürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. 

"Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib”, - deyə polkovnik bildirib.
 
FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: 

"Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək”.

 

İcmal.Az

RƏYLƏR