İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

OXUNUB: 380 HADİSƏ

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

 

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb./qafqazinfo

RƏYLƏR