İlan sancdığı qadın körpəsini əmizdirdi, hər ikisi…

OXUNUB: 755 DÜNYA

Hindistanda ilanın sancdığı qadın körpəsini əmizdirdikdən sonra həm ana, həm də körpə həyatını itirib.

Hindistanın Uttar Pradeş əyalətində 35 yaşlı qadın yuxusunda zəhərli ilan tərəfindən sancılıb. Vəziyyəti anlamayan qadın səhər oyananda 3 yaşlı qızını əmizdirib və bir neçə saat sonra qadının və uşağın vəziyyəti pisləşib.

Polis rəsmiləri ana və uşağın dərhal xəstəxanaya aparıldığını, ancaq yolda hər ikisinin həyatını itirdiyini söyləyib.

Qeyd edək ki. təxminən 300 ilan növünə ev sahibliyi edən Hindistanda hər il 46 min adam ilan sancması nəticəsində həyatını itirir./mpderator.az

 

İcmal.Az

RƏYLƏR