İlham Əliyev: Azərbaycan multikulturalizm dəyərlərinin inkişaf etdiyi bir mərkəzdir

OXUNUB: 831 index-manşet SİYASƏT

"Yadımdadır, dostum Əhməd Ələndəvi ilə (hazırda Ümumdünya Skaut Hərəkatının baş katibi) birlikdə BMT-nin himayəsi altında Azərbaycanda gənc siyasətçilərin ilk forumunu keçirdik. Bundan başqa, yadımdadır ki, bu forumdan sonra Joao Armando Qonsalveslə görüşümüz baş tutdu və həmin vaxt Azərbaycanda skautinqin inkişafı üçün gözəl şans yarandı”.

Bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının rəsmi açılışında deyib.

Azad Rəhimov bildirib ki, Azərbaycan Ümumdünya Skaut Hərəkatı tarixinin ən vacib tədbirini keçirir.

Daha sonra nazir Azərbaycan prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxudu.

"Dəyərli konfrans iştirakçıları! Biz dünya ictimaiyyətinin ən çoxsaylı və nüfuzlu təşkilatının nümayəndələrini salamlayırıq. Əminəm ki, bu konfrans bir neçə məsələ ilə yadda qalacaq. Tarixdə ilk dəfədir ki, bu tədbir Avrasiya regionunda keçirilir. İştirakçıların və təmsil olunan ölkələrin sayına görə, bu skautlar hərəkatının tarixində ən böyük konfransdır. Bakıya 161 ölkədən qonaqlar təşrif buyurublar.

Azərbaycan Skautlar Assosiasiyası cəmi 15 ildir ki, Dünya Skautlar Komitəsinin üzvü seçilib və budur, biz artıq bu tədbirə ev sahibliyi edirik. Bu hadisə Azərbaycanda skautlar hərəkatının dinamik inkişafını özündə əks etdirir. Bizim ictimaiyyət skautinqin bir sıra ideyalarını təbii yolla qəbul etdi. Bura aktiv vətəndaşlıq, vətənə sevgi, ictimaiyyətin inkişafı üçün qoyulan töhfə aiddir. Çünki onlar bizim əsrlər boyu qoruduğumuz dəyərlərlə üst-üstə düşür. Ölkəmiz etibarlı tərəfdaş kimi, bütün beynəlxalq əməkdaşlıqlara açıqdır. Azərbaycanda 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi, 2014-cü ildə Gənc Siyasətçilərin Birinci Beynəlxalq Forumu, 2015-ci ildə İlk Avropa oyunları, 2017-ci ildə Dördüncü İslam Həmrəyliyi və Formula-1 kimi mötəbər yarışlara ev sahibliyi edib. Bütün bunlar göstərir ki, Azərbaycan multikulturizm dəyərlərinin inkişaf etdiyi bir mərkəzdir.

Hazırda 40 milyondan çox insanı özündə birləşdirən təşkilatınızın konfransda iştirak edən bütün nümayəndələrinə nailiyyətlər arzulayıram, gələcəkdə daha da populyarlaşmasına töhfə verəcək, uğur gətirəcək qərarların qəbul olunmasını arzu edirəm”.

 

İcmal.Az

RƏYLƏR