İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - VİDEO (Yenilənib)

OXUNUB: 1185 index-manşet SİYASƏT

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.

Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir:

"Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb:

"Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib”.

Məlumata görə,AzərbaycanRespublikasınınPrezidentiİlham Əliyev, birincı xanımMehriban ƏliyevavəLeyla Əliyevatədbirdə iştirak ediblər.

AzərbaycanPrezidentiİlham ƏliyevBMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.Prezidentbildirib ki, 25 ildən çoxdur ki,ErmənistanAzərbaycanın 20%-ni DağlıqQarabağvə onun ətrafında olan 7 rayonu işğal edib:

"DağlıqQarabağAzərbaycanın tarixi və qədim torpağıdır.Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınanAzərbaycantorpaqlarının təxminən 20 faizi işğal altındadır.

Bir milyondan çoxAzərbaycanvətəndaşı qaçqın və məcburi köçkündür.Ermənistanbu ölkədə, həmçinin DağlıqQarabağvə onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir.ErmənistanXocalıda azərbaycanlılara qarşı soyqırım törədib.Xocalısoyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır.

İnsanlığa qarşı törədilən bu müharibə kriminallarından biri də hazırdaErmənistanprezidentidir. Nüfuzlu beynəlxalq təşkilatlarErmənistanqoşunlarının işğal olunan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul ediblər. 1993-cü ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki,erməniişğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir.

İƏT,Avropaparlamenti kimi digər beynəlxalq təşkilatlar da buna bənzər qərarlar və qətnamələr qəbul ediblər. LakinErmənistanbuna məhəl qoymur.Ermənistanartıq 24 ildir ki, BMT TŞ qətnamələrini həyata keçirmir və çox təəssüflər olsun ki, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT TŞ qərarları bir neçə günə həyata keçirilir. Bizim halda isə artıq 24 ildir ki, qətnamələr həyata keçirilmir. Bu ikili standartlardır və qəbul olunmazdır.Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır.Ermənistan status-kvonu dəyişməmək üçün əlindən gələn hər şeyi edir.

ATƏT-inMinsk qrupunun həmsədr ölkələri - Fransa,ABŞvə Rusiya öz bəyanatlarında vurğulayıbklar ki, status-kvo qəbuledilməzdir. Təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur.Ermənistandiktatorluğuna qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu cür yanaşma dayandırılmalıdır. Bu cür yanaşmaErmənistanın öz terror siyasətini davam etdirmək illüziyasını yaradır”.

Prezidentİlham ƏliyevFüzulirayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.

Xəbər yenilənir

 

 


RƏYLƏR