İlham Əliyev deputata orden verdi – YENİLƏNİB

OXUNUB: 736 index-manşet SİYASƏT

İlham Əliyev bu gün Fəttah Heydərovun "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İcmal.Az xəbər verir ki, Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə F. Heydərov "İstiqlal” ordeni ilə təltif edilsin.

11:24

Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova "İstiqlal” ordenini təqdim edib.

İcmal.Az xəbər verir, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

İcmal.Az

RƏYLƏR