İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verdi

OXUNUB: 1851 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

İcmal.Az

RƏYLƏR