İlham Əliyev fərman imzaladı

OXUNUB: 945 index-manşet SİYASƏT

Prezident İlham Əliyev "Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

İcmal.Az xəbər verir ki, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bəzi normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə prezidentə məlumat verməlidir.

İcmal.Az

RƏYLƏR