İlham Əliyev həmkarlarını təbrik edib

OXUNUB: 1063 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma məktub ünvanlayıb.

 Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm".

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlifə də məktub ünvanlayıb. Məktubda deyilir: 

"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".
 
 
İcmal.Az

RƏYLƏR