İlham Əliyev həmkarlarını təbrik etdi

OXUNUB: 736 SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

İcmal.Az-ın məlumatına əsasən, təbrik məktubunda deyilir:

"Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə də çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah arzulayıram".

Azərbaycan prezidenti Koreya Respublikasının prezidenti Mun Ce-ini də bu ölkənin milli bayramı – Dövlətin Yaranması Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir ki, Azərbaycanla Koreya arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır: "İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”.

İcmal.Az

RƏYLƏR