İlham Əliyev iclas keçirdi - TAM VERSİYA

OXUNUB: 692 index-manşet SİYASƏT

İyulun 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İcmal.Az-ın xəbərinə görə, dövlət başçısı nitqində 6 ayın yekunlarını müsbət qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin, iqtisadi dayanıqlılığın tam təmin olunmasının vacibliyini vurğulayıb.

Prezident çıxışında vergi və gömrük orqanlarından böyük gözləntilərin olduğunu, bu qurumların və sistemin dünya standartlarına cavab verə biləcək səviyyəyə çatdırılmasının vacibliyini dilə gətirib.

O, həmçinin, korrupsiyanın qarşısının alınmasının, şəffaflığın təmin olunmasının, vergilərdən yayınma hallarının aradan qaldırılmasının, hər kəsin qanun qarşısında bərabər səviyyədə cavabdehlik daşıdığının siqnalını verib.

Dövlət başçısı məsuliyyətsizliyə, səhlənkarlığa, qanunsuzluğa yol verənlərlə də bağlı güzəştsiz mövqe tutulacağını, onların cəzalandırılacağanı bir daha diqqətə çatdırıb.

İcmal.Az həmin iclasın tam videoyazısını təqdim edir.

İcmal.Az

RƏYLƏR