İlham Əliyev: İrsimizi qorumalıyıq

OXUNUB: 655 index-manşet SİYASƏT

Bakı genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır. Lakin, eyni zamanda, tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır.

İcmal.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Dinamo” otelinin açılışı zamanı deyib.

"Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır.

Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq”, - deyə dövlət başçısı bildirib.

İcmal.Az

RƏYLƏR