İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

OXUNUB: 634 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.

İcmal.Az xəbər verir ki, dövlət başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

İcmal.Az

RƏYLƏR