İlham Əliyev Malayziyanın baş nazirini təbrik etdi

OXUNUB: 710 index-manşet SİYASƏT

Ölkə prezidenti İlham Əliyev Malayziyanın baş naziri Mahathir Məhəmmədə təbrik məktubu göndərib.

İcmal.Az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab baş nazir, 

Malayziyanın baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

İcmal.Az

RƏYLƏR