İlham Əliyev Malta Prezidentini təbrik edib

OXUNUB: 842 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq.

İcmal.Az

RƏYLƏR