İlham Əliyev Meksikanın dövlət başçısına başsağlığı verdi

OXUNUB: 913 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya başsağlığı məktubu göndərib.

İcmal.Az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezdent!

Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

İcmal.Az

RƏYLƏR