İlham Əliyev Moskvaya getdi

OXUNUB: 35 index-manşet SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.

Bu barədə TASS-a Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

"Azərbaycan prezidenti Moskvaya gəldi, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar”, - deyə məlumatda qeyd edilir.

7News.Az

RƏYLƏR