İlham Əliyev Nazarbayevi təbrik etdi

OXUNUB: 785 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. 

İcmal.Az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı "Akorda” radiostansiyası məlumat verib. 

Təbrikdə deyilir:

"Dövlətçiliyin möhkəmləndirilməsi, ölkələrimizin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günü-gündən artması Sizin liderliyinizin, ağıllı və uzaqgörən siyasətinizin nəticəsidir. 

Ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfəniz əvəzolunmazdır. Əminəm ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Qazaxıstan dostluğu və əməkdaşlığı gələcəkdə də xalqlarımızın maraqlarına xidmət edəcək”. 

N.Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstan SSR-in Almatı vilayətinin Çemolqan kəndində doğulub. 

İcmal.Az

RƏYLƏR