İlham Əliyev Oqtay Şirəliyevin də sözünü kəsdi – Xəstəxanalarda generator yoxdur!

OXUNUB: 669 index-manşet SİYASƏT
"Bütün strateji obyektlərin generatorlarla təchizatı məsələsini öyrənmək lazımdır. İlk növbədə xəstəxanaların və Metropolitenin. Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir –onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyillər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkənin energetika sistemindəki vəziyyətə həsr edilmiş bugünkü müşavirədə deyib.
Dövlət başçısı bu barədə ciddi yoxlama aparılmasını və ölkənin bütün xəstəxanalarında işlək vəziyyətdə olan generatorlarla bağlı məlumat verilməsini tapşırıb.
"Metropolitenə gəlincə, burada ümumiyyətlə generator yoxdur və bu olduqca məyusedici faktdır”, – Prezident vurğulayıb.
 
İlham Əliyev enerji qəzaları zamanı problemlər olmasın deyə, Metropolitenin bütün stansiyalarının generatorlarla təchizatı üzrə təkliflər hazırlamaq barədə də tapşırıq verib.
"Bakmetropoliten” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov öz çıxışında bildirib ki, qəzaya görə şəbəkədə enerji təchizatının dayandırılması Bakı metrosunun işində problemlərə gətirib çıxarıb.
Onun sözlərinə görə, birinci blekaut nəticəsində metronun tunellərindən çərşənbə axşamı gecəsi 154 nəfər adam təxliyə edilib.
"Bir gün əvvəl, ölkənin energetika sisteminin ikinci dəfə dayanması zamanı isə metro stansiyalarından və tunellərdən 30 min insan təxliyə edilib”, – deyə Z.Hüseynov əlavə edib.
 
İcmal.Az

RƏYLƏR