İlham Əliyev Qazaxıstana yollandı

OXUNUB: 907 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. 

 Dövlət başçısını hava limanında Qazaxıstanın baş nazirinin müavini Yerbolat Dosayev və Astana hakiminin müavini Kosman Aytmuhametov qarşılayıblar.

Qeyd edək ki, 10-11 sentyabr tarixlərində Astanada Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. 

Sammitdə İƏT-ə üzv ölkələrdən 80-ə yaxın nümayəndə heyəti iştirak edəcək

Sabah Astanada həmçinin beynəlxalq ixtisaslaşdırılmış EXPO-2017 sərgisinin təntənəli bağlanış mərasimi keçiriləcək.

 

İcmal.Az

RƏYLƏR