Prezident: Pakistanla hərbi əməkdaşlıq genişləndiriləcək - YENİLƏNİB

OXUNUB: 725 index-manşet SİYASƏT

Ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir.

İcmal.Az xəbər verir ki, bu sözləri Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır.

"Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir”, - deyə İ. Əliyev bildirib.

14:21

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatı qəbul edib.

İcmal.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

İcmal.Az

RƏYLƏR